"Günahkar Ançelottidir"

20 Aprel 2015 14:21

Xorvatiya millisinin həkimi Boris Nemeç "Real"ın heyətində zədələnən yığmanın futbolçusu Luka Modriç haqda danışıb.
 

Qol.Az-ın məlumatına görə, B.Nemeç "Nova TV"yə açıqlamasında Modriçin zədələnməsində "Real"ın baş məşqçisi Karlo Ançelottini günahlandırıb:
 

"Günahkar ilk növbədə Ançelottidir. O, uzunmüddətli zədədən qayıdan Modriçi tədricən oynatmaq əvəzinə onu çox yüklədi. Modriç hər oyunda 90 dəqiqə meydanda olurdu. Futbolçu hər hansı zərbədən deyil, 100 faiz hazır olmadığı üçün zədələndi. Əgər o, həddindən artıq yüklənməsəydi, ayağı salamat qalardı".
 

Qeyd edək ki, İspaniya La Liqasının 32-ci turunda "Malaqa" ilə oyunda (3:1) zədələnən 29 yaşlı futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Milli.Az