Yevlaxda "Chrysler" piyadanı öldürdü

20 Aprel 2015 13:47

Yevlaxda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 19-da saat 17 radələrində Yevlax şəhərində qeydə alınıb. Bərdə rayon sakini Elnur Tağıyev idarə etdiyi "Chrysler" markalı avtomobillə yolu keçən həmyerlisi Kərim Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən K. Əhmədov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az