Məşhur qadın killerin dəhşətli sonu - FOTO

20 Aprel 2015 10:33

Meksikada "Sısqa" kimi tanınan qadın killer qətlə yetirilib. "La Flaca", yəni "Sısqa" adı ilə məşhurlaşmış Joselin Alehandra Ninyonun şaqqalanmış cəsədinin tikələri Meksikanın ABŞ ilə sərhədinin yaxınlığındakı şəhərdəki dükanlardan birində pivə soyuducusunun içinə doldurulmuşdu.
 

Milli.Az Daily Beast-a istinadən bildirir ki, Meksikada indiyədək "Sısqa" ləqəbli üç qadın killer olub və onların hamısı narkokartellərin sifarişlərini yerinə yetirib.

Meksikalıların "sicarias", yəni "qatil qadın" adlandırdıqları ilk "La Flaca" adlı qadın San Nikolas de los Qarsa şəhərindən olan Veronika Mireya Moreno Karreondu.
 

Şəhər polis idarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsində zabit olan Veronika 2009-cu ildə maşın oğruları ilə atışmada yaralanmışdı. Bu olaydan sonra Veronika mafiya ilə əməkdaşlığa başlamış və Meksikanın ən qüdrətli, ən qəddar narkokartellərindən biri "Los Zetas"da killer olmuşdu.
 

2011-ci ildə Meksikanın dəniz piyadalarının keçirdikləri əməliyyat zamanı oğurladığı maşında tutulan Veronikanın üstündən revolver və 6 mobil telefon çıxmışdı. O, çoxsaylı qətllərdə və narkoticarətdə suçlanmışdı.
 

Bir qədər keçəndən sonra Meksika polisi ikinci "La Flaca"nı, yəni "Sısqa"nı həbs etdi. Ekatepek şəhərindən olan Nensi Manrikes Quintanar ən azı 15 nəfəri qətlə yetirmişdi. O, rəqib kartelin "himayəsi"ndə olan gecə klublarına divan tutmaqda da suçlanırdı.

Nensi də tutuldu.
 

İki "La Flaca" dəmir barmaqlıqlar arxasına atılandan sonra Rio-Bravo şəhərində üçüncü "Sısqa" işləməyə başlamışdı.

Həmin qadın Joselin Alehandra Ninyo idi.
 

Joselin bu ilin yanvarında Facebook və Twitter-də fotosunu yaymışdı. Əlində M4 tüfəngi, əynidə gülləkeçirməyən jilet olan Joselin fotosunu "AKA La Flaca" yazısı ilə müşayiət etmişdi. Joselinin sağ qolunda "Ninyo" döyməsi vardı.
 

Üçüncü "La Flaca" olan Joselin əvvəllər "Los Escorpiones" kimi tanınan, sonra "Los Ciclones" adlanan narkokartelin killeri idi. Bu kartel "Los Metro" ilə döyüşürdü.
 

Joselini "Las Metro"nun üzvləri ələ keçirərək öldürüblər.

Narkokartel Joselinlə bahəm, "Los Ciclones"in daha 3 üzvünü də öldürüb.
 

"Bizə qarşı çıxan hər kəsin sonu belə olacaq", - "Los Metro" bildirib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.