Qadınların sadəcə köhnə bir mayka geyinib idman elədikləri vaxtlar çoxdan arxada qalıb.
Əksinə, bugünün idman və dəb dünyasında getdikcə daha çox adam idman salonları üçün yeni geyimlərə rəsmi ziyafət paltarlarına xərclədikləri qədər pul sərf etmək istəyir.
Bu isə, öz növbəsində son illərdə qadın idman geyimləri bazarını xeyli böyüdüb.
Milli.Az BBC-yə istinadən bildirir ki, NPD firmasının apardığı araşdırmanın nəticələrinə görə, 2011-ci ilin avqustunadək 12 ay ərzində təkcə ABŞ-da yoqa darbalaqlarının, idman büsqalteri və jiletlərin və qaçış kostyumlarının ümumi satışından 15 milyard dollar gəlir götürülüb. Hesabatda deyilir ki, bu, bir il əvvəllə müqayisədə 10 faiz artım deməkdir.
Bu arada idman geyimləri nəhəngi Nike bildirib ki, ötən oktyabrda onun qadın idman geyimi dəstləri kişilər üçün geyimlərin satışını geridə qoyub.
Analitiklər deyirlər ki, qadın idman geyimlərinin satışının yüksəlişinə bu geyimlərin dəbliliyi xüsusi təkan verib. Qadınlar indi idman geyimlərini bir dəbli paltar kimi geyinirlər.
Təəccüblü deyildir ki, bu bazarın belə dəyərə minməsində, bura əsasən qadınların rəhbərlik etdikləri şirkətlərin öz yeni brendlərini gətirməsi ilə bağlıdır.
"Yaxşı əhval"
Katy Biddulph Striders Edge şirkətini öz mənzilində başlayıb.
Katy Biddulph 2011-ci ildə Londonda "Striders Edge" idman geyimi brendini yaradanda idman salonuna üzv olmağa ehtiyacı yox idi.
Əvvəlcə öz biznesini ikinci mərtəbə yerləşən bir yataq otaqlı mənzilində aparan Katy üçün idman, öz mallarını pilləkənlərlə yuxarı-aşağı daşımaq idi.
31 yaşlı biznesmen deyir: "Mən bu işə başlayanda bu, kənardan çox böyük bir biznes kimi görünürdü, lakin mən bütün mallarımı mənzilimin qarşısına Portuqaliyadakı manufakturaçının göndərdiyi yük maşınından qəbul edirdim".
"Mən bütün paltar qutularını pilləkənlərlə özüm daşımalı olurdum. Mən işin birinci ilində heç yuxu da yatmırdım. Çünki bilirdim ki, bu bazarda mənim doldura biləcəyim boşluq var".
"İndi mənim pəncərələri "London çərxi-fələyinə" baxan ofisim var" - deyir Biddulph.
Xanım Biddulph öz biznesini Britaniya qadın idman geyimləri istehsalçısı olan "Sweaty Betty" şirkətində işləyəndən sonra açmışdı. O, bu şirkətdə bir sıra geyim dəstlərinin dizayn və menecmenti ilə məşğul olurdu.
Onun sənayedəki təcrübəsi və biliyi onun öz şirkətinə bir çox fərdi investorların dəstəyini qazandırıb.
"Striders Edge"in geyimləri indi Britaniyanın Harrods, John Lewis və House of Fraser kimi mağazalarında satılır. O fevral ayında ABŞ-da yeni brendin satışına başlayıb. Onun geyimləri həmçinin internet vasitəsilə qlobal miqyasda satılır.
İndi isə 9 işçisi olan xanım Biddulph deyir ki, qarşıdan gələn 12 ayda mənfəəti 2 milyon funt strelinqə çatdırmaq istəyir.
O deyir: "Sən istəyirsən ki, müştərin bu geyimlərdən yaxşı əhvala malik olsun və bir qadın kimi sən müştərinin standard narahatlıqlaırnı bilirsən".
"Nə isə fərqli"
Lakin necə etmək oar ki, qadını bircə maykaya və ya darbalağa 60 funt sterlinq xərcləməyə sövq edəsən?
"Onlar parça barədə çoxlu sual verirlər və bu parçadan hazırlanmış geyimin quruluşunu başa düşürlərsə, bunun üçün pul verməyə hazır olurlar".
Tituikanın təsisçisi, 32 yaşlı Eileen Zhang 2009-cu ildə Torontoda ilk dükanını açandan bəri onun şəbəkəsi bütün Ontario boyunca 9 mağazaya çevrilib.
Bu ilin matrtında isə firma internet satışını ABŞ-a genişləndirib.
Xanım Morris-Asquith əlavə edir: "Biz qadınların özlərini daha rahat hiss etmələrinə çalışırıq. Biz onları həvəsləndiririk ki, heç vaxt ağıllarına gəlməyən geyimləri sınaqdan çıxarsınlar".
Titika firmasının dükanında həm də idman otağı var - burada yoga və ya kikboksinqlə, Zumba rəqsi ilə məşğul olmaq olar.
"İkili qazanc"
Ottava Universitetində Telfer Menecment Məktəbinin professoru Catherine Elliott deyir ki, "Striders Edge" və Titika kimi şirkətlər qadınlar tərəfindən rəhbərlik edilən bizneslər üçün xarakterik keyfiyyətləri paylaşırlar.
"Bu şirkətlərin iki qazanc xətti var. Onlar bir tərəfdən mənfəət gətirir, digər tərəfdən isə qız və qadınlar üçün müsbət dəyişikliklər edirlər" - deyir "Feminine Capital" kitabının müəlliflərindən biri olan professoir Elliott.
Robyn Berkley deyir ki, onun işi sadəcə olaraq geyim brendi hazırlamaq deyil:
"İdman geyimləri sənayesi insanlara yaxşı əhval-ruhiyyə gətirir".
O əlavə edir: "Çox sayda qadınlar deyirlər ki, idman və sağlamlıq salonları onlara həm də liderlik bacarıqları, şirkətin işlərində və sahibkarlıqda uğur qazanmaq üçün özünəinam hissi aşılayır".
Nyu Yorkda mənzillənmiş qadın idman geyimləri firması "Live The Process"in təsisçisi Robyn Berkley deyir ki, brendin məqsədi təkcə geyim yox, həm də "xalis mal" istehsal etmək, doğruçuluq və rifah idealizminin tələblərini qarşılamaqdır.
Onun internet saytında karyera dəyişikliyindən tutmuş dərinin cavanlaşdırılmasına qədər 32 müəllif tərəfindən yazılmış məsləhət materialları var.
Şirkətin 2013-cü ildə buraxdığı geyim dəstləri dərhal da şıdırğı ilə satılıb və elə ilk ilində 1 milyon funt sterlinq gəlir gətirib.
Milli.Az