Son zamanların ən çox pul qazandıran məsləklərindən biri də maklerlikdir. Təsadüfi deyil ki, ötən illərlə müqayisədə bu peşə ilə məşğul olanların da sayı artıb. Təbii ki, hər sənətdə olduğu kimi, maklerlik də peşəkarlıq tələb edir. Gəlirli sahə olsa da, bu peşədə pul qazanmaq o qədər də rahat deyil. Biz də "Sadə peşə adamı" rubrikasında sözügedən sənətin sirləri ilə bağlı gənc maklerlə söhbətləşdik. Müsahibimiz 5 ildir peşəkar şəkildə daşınmaz əmlak bazarında çalışan Atlan Abbasovdur.Atlan Abbasov: "Bəzən ay ərzində min manat qazanırıq, amma pulsuz qaldığımız günlər də az deyil"