Dünyanın ən nəşəxor qadını: "Tüstü mənə ləzzət verir" - VİDEO - FOTO

18 Aprel 2015 12:44

"Məni dünyanın ən nəşəxor qadını, bəzən də marixuananın leqallaşdırılması uğrunda ən fəal mübarizlərdən biri sayırlar. Halbuki marixuananın həyatın bir atributu olduğunu düşünürəm. Bu qədər. Nə az, nə çox".
 

Kanadanın Vankuver şəhərində yaşayan 35 yaşlı Meri Cin Dunsdon nəşəni çox sevir.

Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, şəhərdəki restoranlardan birində baş aşpaz işləyən Meri nəşə çəkməklə yanaşı, çətənədən inqredient qismində istifadə etdiyi yeməklər də hazırlayır.
 

O, marixuananın leqallaşdırılmasını tələb edən hərəkatın fəallarından biridir.
 

Vankuverlilər isə Merini "dünyanın ən nəşəxor qadını" adlandırırlar. Merinin sosial şəbəkələrdəki adı isə "Watermelon", yəni "Qarpız"dır.
 

"13 yaşımdan bəri nəşə çəkirəm. Nəşəxorların qanqster, cinayətkar olması ilə bağlı stereotiplərdən qurtulmaq zamanıdır. Şəxsən mən marixuana fanatıyam. Tüstü mənə ləzzət verir", - Meri söyləyib.
 

Kanadada marixuana 2000-ci ildə leqallaşdırılıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.