İnanılmaz: kor oğlan yarasa kimi görür - VİDEO

18 Aprel 2015 19:15
Amerikalı Ben Andervud görmə qabiliyyətini 3 yaşı olanda itirib. Onun göz bəbəklərində xərçəng aşkarlanmışdı və bu xəstəlik Beni kor qoyub.

Milli.Az Barcroft TV-yə istinadən bildirir ki, kor olmasına rəğmən, Ben basketbol oynayır, skeytbordla məşğul olur, yolda saxlanmışa avtomobillərin arasından yardıma ehtiyac duymadan keçir.
 

"Qulaqlarım mənə gözlərimi əvəzləyib. Hər şeyi səslər vasitəsilə "görürəm", duyuram", - Ben deyib.
 

Santa-Barbara şəhərindəki Kaliforniya Universitetinin alimləri yarasa kimi səs dalğalarının difkrasiyası sayəsində "görən" Benin bu inanılmaz bacarığını araşdırmağa başlayıblar.
 

Milli.Az