"Qaynanam da deyirdi ki, uşaq olanda başınız qarışacaq"
18 Aprel 2015 09:58
Kəmalə Qaramollayeva ailə həyatından danışıb
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, hər zaman çəkisini qoruyub saxlayan ifaçı həyat yoldaşını da bu yola çəkib.
"İdman etmirəm, əvvəllər yoqa ilə məşğul olardım. Sadəcə düzgün qidalanmağa fikir verirəm. Gündəlik rasionumda salatlara üstünlük verirəm. Siqaret və içkidən uzağam. Həyat yoldaşımı da düzgün qidalanmağa öyrətmişəm. Ailə qurduqdan sonra bütün diqqətimi həyat yoldaşıma sərf edirəm".
Gənc müğənni uşaq barədə düşündüyünü də söyləyib.
"İkinci ildir ki, evliyik. Birinci ili ancaq gəzib-dolaşmağa üstünlük verirdik. Qaynanam da deyirdi ki, uşaq olanda başınız qarışacaq. Həyatınızı yaşayın. Cavanlıq edin. Biz də yavaş-yavaş düşünürük". Milli.Az