İyrənc olay: 9 yaşlı qızı zorlayıb öldürdü - FOTO

18 Aprel 2015 09:34

İki saat sonra qızın cəsədi aşkar edilib

Polşa vətəndaşı olan bir turist Fransada cinayət hadisəsi törədib.

Anspress-in məlumatına görə, İngiltərəyə gəzmək üçün yola düşən 28 yaşlı Polşa vətəndaşı Zbiqnu Huminski Fransada dayandığı vaxt parkda oynayan uşaqlardan birini qaçırmaq qərarına gəlib.

Parkdakı uşaqlardan 9 yaşlı bir qızı avtomobilinə qoyaraq qaçıran Huminski daha sonra onu meşəlik əraziyə aparıb. Burada azyaşlı qızla məcburi şəkildə cinsi münasibətdə olan polşalı əməlindən sonra qızı boğaraq öldürüb. Qızının qaçırıldığını eşidən anası isə dərhal polisə məlumat verib.

Şəhərdə axtarış verilib. İki saat sonra qızın cəsədi aşkar edilib. Hüquq mühafizə orqanlarının uğurlu əməliyyatı nəticəsində çox keçmədən cinayətkar da yaxalanıb.

Törətdiyi cinayəti boynuna alan Huminiski hadisə baş verərkən sərxoş olduğunu bildirib. Lakin polis onun 2009-cu ildə də başqa bir cinayətə görə saxlanıldığını müəyyən edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.