Poçt şöbələrinin yeni binaları istifadəyə veriləcək

21 Fevral 2010 14:17
Milli.AZ-ın RİTN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Lənkəran rayonun Şıxəkəran kəndində, eləcə də Masallı rayonu Boradigah kəndində poçt şöbələrinin yeni tikilmiş binaları istifadəyə veriləcək.

Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.

Milli.Az