"Facebook" amerikalılar üçün deyil

19 Yanvar 2011 16:23
Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, "Goldman Sachs" bankı internetdə ən böyük sosial şəbəkə olan "Facebook"un səhmlərini ABŞ-dak fond birjalarında yerləşdirməyəcək.

İnvestisiya bankı müstəqil qəbul etdiyi bu qərarı şəbəkənin səhmlərinin ilk dəfə çatışa çıxarılması ilə bağlı "kütləvi informasiya vasitələrindəki yersiz ajiotaj"la əlaqələndirib.

50 milyard dollar dəyəri olan "Facebook" səhmlərinin bir qisminin satışından 1,5 milyard dollar əldə etmək niyyətindədir.

Tural
Milli.Az