Aydın Mirzəzadə: "Salam verəndə də utandığı hiss edilirdi"
Milli Məclis Aparatının ümumi şöbəsinin baş məsləhətçisi Elnarə Məmmədzadə bu gün dünyasını dəyişib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə "Facebook"da yazıb:
"Əslində, bu qızın adını və vəzifəsini bu gün bilmişəm.
Dəfələrlə Milli Məclisin inzibatı binasında rastlaşmışıq. Sakit, abırlı, səliqəli bir qadın kimi yadımda qlıb. Salam verəndə də utandığı hiss edilirdi.
Əslində, Azərbaycan qadınları həmişə öz ismətləri ilə seçiliblər".