Roma Papasının xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri "soyqırımı" kimi qələmə verməsinə qarşı beynəlxalq təpkilər durmadan artır. Roma Papasının sərsəmləmələrinə qarşı Türkiyənin sərt mövqe nümayiş etdirməsinə İtaliya da münasibət bildirib. İtaliyanın Avropa işləri üzrə dövlət katibi Sandro Gozi Roma Papasının uydurma erməni soyqırımını tanımağa yönəlik açıqlamasını tənqid edib. O qeyd edib ki, hökumət "soyqırımı" kəlməsindən istifadə etməməlidir: "Bu, hökumətlərin yox, tarixçilərin işidir".Katolik kilsəsi rəhbərinin məlum bəyanatı millətlərarası nifaqı qızışdırmaq kimi dəyərləndirilir