Bu ölkədə polisin kəsdiyi başa sorğu-sual yoxdur

15 Aprel 2015 15:25

Beş il öncə yağışlı bir gündə "Dük" ləqəbli polis əməkdaşı Koulman Brekni sərxoş olduğundan şübhə etdiyi bir sürücünün dalınca düşdü

O, qara "Mazda Miata" markalı avtomobili Arkanzas ştatının kənd yollarında saatda 150 kilometr sürətlə təqib etdi. İdman avtomobili dayananda isə Brekli arxa tərəfdən ona atəş açdı. 41 yaşlı Ceyms Ahernin kürəyindən bir neçə güllə dəydi.
Prokurorluq Breknini qətldə ittiham etdi. Lakin o, özünü daha yüngül cinayətdə suçlu bilərək cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciət etdi. Nəticədə bəraət aldı. Hazırda hadisənin baş verdiyi yerdən 30 kilometr aralıdakı kiçik şəhərcikdə Brekni polis rəisi vəzifəsində çalışır.

Brekni son 10 il ərzində vəzifə borcunu yerinə yetirərkən günahsız insanlara atəş açaraq öldürən 54 polis əməkdaşından biridir. Milli.Az xəbər verir ki, bu faktı "Washington Post" qəzetinin əməkdaşları və Qəbi Kentukki Universitetinin tədqiqatçıları aşkara çıxarıblar. Onlar məsələ ilə bağlı araşdırma aparıb, sənədləri, protokolları və istintaq materiallarını incələyiblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarından müsahibələr götürüblər, hüquq və məhkəmə sistemi üzrə ekspertlərin fikirlərini öyrəniblər. Onlar 2005-ci ildən etibarən insan ölümü ilə nəticələnən polis əməlləri haqda məlumatları ortaya çıxarmağa çalışıblar.
Əksər hallarda polisin atəş açaraq öldürdükləri adamlar silahsız olublar və bu da son deyil.

"Washington Post"-un əməkdaşları müəyyən ediblər ki, prokurorluq ittiham irəli sürərkən hadisəni istisna hala çevirən digər şərtlər də ortaya çıxırmış. Əksər hallarda qurbanları arxadan vurublar. Polislər isə ifadələrində bildiriblər ki, vurulanlar hadisə yerindən qaçmağa cəhd ediblər.

Milli.Az