"İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti qəbuledilməzdir"

15 Aprel 2015 12:27
Bəzi İtaliya şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti və bu ərazilərə turist səfərlərinin təşkili, habelə İtaliyadakı sərgi və tədbirlərdə qondarma rejim təmsilçilərinin iştirakı qəbuledilməzdir.

Trend-in məlumatına görə, bunu Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüşdə çıxışı zamanı iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, İtaliya hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.

Milli.Az