Xaçmazda yük maşını yandı - YENİLƏNİB - VİDEO

15 Aprel 2015 13:09
13:09

RTV (REGİON TV) xəbər verir ki, bu gün səhər saatlarında Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində yük avtomobili yanıb.  Yanan "Volvo" markalı yük maşını Rusiya vətəndaşı Abdulhacı Şıxmuradova məxsusdur. Hadisə şahidlərinin sözlərinə görə, yanğın 04:30 radələrində qeydə alınıb.  Avtomobilin kabina hissəsinə bitişik olan soyuducunun mühərriklərində baş verən alışma qısa müddət sonra bütün maşını bürüyüb. Sürücü vaxtında maşını tərk etdiyindən xəsarət almayıb. Amma ona məxsus bütün sənədlər avtomobilin salonunda yanaraq külə dönüb.

Sürücü bildirib ki, İran İslam Respublikasından yüklənmiş kələmi Rusiyaya aparırdı. Yanğının təsirindən yol kənarındakı ağaclar da yanıb. Hadisə yerinə  FHN-in Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

----------
10:06

Xaçmaz rayonunun Qusarçay kəndində vətəndaşa məxsus "VOLVO" markalı yük avtomobilinin kabinəsi və arxa təkəri yanıb.

Milli.AZ FHN-ə istinadən bildirir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:55-də söndürülüb.

Milli.Az

----------
13:09

Videonu izləmək üçün şəklə klikləyin.

фото