Telekanal: Erməni lobbisi Vatikan Bankını pulla ələ alıb

14 Aprel 2015 19:43
Erməni lobbisi Roma Papası Fransiskin 1915-ci il hadisələrini "erməni soyqırımı" adlandırması üçün 25 milyard dollar vəd etməklə Vatikan Bankını ələ alıb.

Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata əsasən, vəd edilən məbləğ erməni əsilli amerikalı sahibkar Kirk Kerkoryan tərəfindən köçürülməlidir.
 

Qeyd edək ki, Vatikan Bankı Roma Katolik kilsəsinin bankıdır və Din İşləri İnstitutu adı ilə məşhurdur. Bank 1942-ci ildə yaradılıb.

Milli.Az