Azərbaycan "KamAZ" istehsalına başladı - VİDEO - FOTO

14 Aprel 2015 15:35
Gəncə Avtomobil Zavodunda yığılan "KamAZ" markalı ilk yük maşınının konveyerdən çıxarılması münasibətilə mərasim keçirilib. Kəpəz TV-nin (Region TV) məlumatına görə, tədbirdə Tatarıstan prezidenti Rüstəm Minnixanov, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev iştirak edirlər.

"Gəncə Avtomobil zavodu" İstehsalat Birliyi (İB) və KAMAZ ("Kama Avtomobil Zavodu") ASC arasında Azərbaycanda "KamAZ" avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə fevralda imzalanmış rəsmi distribütor sazişinə əsasən, Gəncə Avtomobil Zavodunda ildə 1500 "KamAZ"-ın yığılması planlaşdırılır. Bu məqsədlə yeni yığım xətti quraşdırılıb. Sazişə əsasən, ilkin mərhələdə 31 müxtəlif modelli "KamAZ"-ın istehsalı planlaşdırılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
фото