Bu oğlan axtarılır

14 Aprel 2015 14:26
Lənkəranda 28 yaşlı oğlan itkin düşüb. Bu barədə APA-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Bildirilib ki, rayonun Bala Şürük kənd sakini, 1987-ci il təvəllüdlü Vidadi Dadi oğlu Əliyev aprelin 8-də saat 9 radələrində yaşadığı ünvandan naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxsin boyu 169 sm, orta bədən quruluşlu, ailəli, gözləri göy, saçı isə qara rəngdədir.
 
Hazırda Lənkəran ŞRPŞ-nin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirirlər.
 
Onu görən və ya yerini bilənlərdən (02525) 4-83-38, 4-83-20, (50) 542-37-02 və (051) 911-28-28 nömrələrinə zəng vurmaları xahiş olunur.

Milli.Az