İraqla Azərbaycanı birləşdirəcək dəmir yolu xətti tikiləcək
14 Aprel 2015 10:21
İraq və İran dəyəri 45 mln. ABŞ dolları olan dəmir yolu layihəsi üzərində çalışırlar
APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zubeydi iranlı həmkarları ilə görüşdən sonra bildirib.
"Biz uzunluğu 32 km olan, cənubla şimalı birləşdirəcək dəmir yolu xəttinin inşası barədə razılığa gəldik. Bundan başqa, Bəsrənin Sindbad adasından Şatt-əl-Ərəb çayına kimi 700 m uzunluğunda olan dəmiryolu körpüsünün də inşasına başlayacağıq", - deyə iraqlı nazir bildirib.
Nazirin sözlərinə görə, bu layihə İraqı başqa ölkələr, o cümlədən "Böyük İpək Yolu" vasitəsilə Çin və Azərbaycanla da birləşdirəcək.