Cəmil Çiçək: "Vatikan 1915-ci il hadisələri ilə bağlı bitərəf mövqeyinə son qoydu"
13 Aprel 2015 17:56
Roma Papası Fransiskin 1915-ci il hadisələrini birtərəfli qiymətləndirməsi onu göstərir ki, Vatikan bu məsələdə bitərəf mövqeyinə son qoyub.
Trend-in "Habertürk" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.
Parlamentin spikeri qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı bu cür bəyanatlar yolverilməzdir.
O vurğulayıb ki, Türkiyə Roma Papasının qondarma "erməni soyqırımı"nı dəstəkləyən bəyanatını millətlərarası nifaqı qızışdırmaq kimi dəyərləndirir.
Milli.Az