Berlin TV-də I Avropa Oyunları haqqında reportaj yayımlanıb - VİDEO

13 Aprel 2015 15:54

Almaniyanın Berlin TV kanalı Birinci Avropa Oyunları və Azərbaycanın bu idman yarışına hazırlığı ilə əlaqədar reportaj hazırlayaraq tamaşaçılara təqdim edib.
 

Trend-in məlumatına görə, reportaj Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində hazırlanıb.
 

Qeyd edək ki, Şuranın dəstəyi ilə Almaniyanın "Godd Media" təşkilatı Azərbaycanda idmanın, turizmin, vətəndaş cəmiyyətinin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında 8 reportaj hazırlayaraq Berlin TV kanalında yayımlayacaq.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото