Samiraldo: "Mənə kişi olmağı öyrədin..." - FOTO
13 Aprel 2015 15:45
Stilist Samiraldo yenə qalmaqallı açıqlaması ilə gündəmdədir.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, ANS TV-nin "Bazar səhəri" proqramının qonağı olan stilist xarici görünüşü və qadınlara xas hərəkətlərinə aydınlıq gətirməyə cəhd edib. Samiraldo hər şeyi peşəsi ilə əlaqələndirib. "Mən, əsasən, xanımlarla çalışıram. Müştərilərimi anlamaq üçün onlar kimi düşünməliyəm və bu, mənə işimdə kömək edir".
Verilişdə qalmaqallı mövzu müzakirəyə çıxarılıb. Qonaqlar da mövzuya uyğun seçilib; qadına bənzəyən kişi qismində Samiraldo, kişi xasiyyətli qadın kimi isə meyxanaçı Samirə və musiqiçi Esmira xanım dəvət edilib.
Samiraldo kişiyə xas hərəkətləri ilə seçilən Esmira xanıma müraciət edərək belə deyib: "Sizdən xoşum gəldi. Gəlin, dostluq edək. Siz mənə kişi kimi olmağı öyrədin, mən də sizə xanımlıq öyrədim".
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.