Kəllə vurdu, klubdan qovuldu

13 Aprel 2015 14:15

"Bayer" futbolçusu Emir Sbahiçlə müqaviləni ləğv edib.
 

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna 34 yaşlı müdafiəçinin "Bavariya"ya qarşı Almaniya Kubokunun 1/4 finalında keçirilən matçdan sonra mühafizəçiyə kəllə vurması səbəb olub.
 

Leverkuzen təmsilçisinin nümayəndəsi Mişel Şade məlumatı təsdiqləyib. O bildirib ki, E.Sbahiç yaxşı oyunçu olmasına baxmayaraq, etdiyi son hərəkətdən sonra bu qərarı verməli idilər:
 

"Davanın videogörüntüsünə baxdıqdan sonra çox üzüldük. Emirlə görüşdük və onunla dostcasına ayrıldıq. O da etdiyi hərəkətə görə peşmandır".
 

Qeyd edək ki, E.Sbahiçin "Bayer"lə müqaviləsi 2015/2016 mövsümünün sonu başa çatırdı. Komandanın ən yaxşı formada olan futbolçulardan biri olan E.Sbahiç bu mövsüm 36 rəsmi matçda meydana çıxıb.

Milli.Az