İdmançılarımız dünya kubokunda rəqiblərini darmadağın elədilər - VİDEO - FOTO
12 Aprel 2015 16:32
ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışarı başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Kuba, ABŞ, Monqolustan, İran və Belarus güləşçiləri iştirak edirlər.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Türkiyə, İran və Belarus komandaları ilə "B" qrupunda mübarizə aparır. "A" qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları qüvvələrini sınayırlar.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesabı ilə məğlub ediblər.
Milli.Az Day.Az-a istinadən bildirir ki, Şərif Şərifov belarus rəqibi İvan Yankovskiyə 11:1 hesabı ilə qalib gəlib (video təqdim olunur).
Qrupun son görüşündə güləşçilərimiz İran komandası ilə qarşılaşacaqlar. Görüş aprelin 13-də Bakı vaxtı ilə saat 00:30-da başlayacaq.
Turnirə aprelin 13-də yekun vurulacaq.
Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.
