Nənə təyyarəni bir-birinə qatdı
12 Aprel 2015 10:22
Kanadada səmada bir qarı olay yaradıb
Frankfurtdan Torontoya uçan, Air Canada şirkətinə məxsus Boeing 777 təyyarəsi İrlandiyaya məcburi eniş edib.
Milli.Az İnterfax-a istinadən bildirir ki, buna səbəb birinci klass sərnişini 87 yaşlı qadın olub.
The Mirror yazır ki, qarı stüardı döyməyə çalışırmış. Təyyarə limana enən kimi başabəla nənə həbs edilib.
Hadisə baş verən zaman təyyarə ən yaxın aeroportdan 1000 km aralıda imiş, ancaq yaramaz sərnişini düşürmək üçün dövrə vurub qayıtmalı olub.
Milli.Az