Terrorçular 4 türkü yaraladılar

11 Aprel 2015 14:58
Türkiyənin cənub-şərqindəki Ağrı vilayəti ərazisində PKK terrorçularının iri çaplı silahlardan atəş açması nəticəsində 4 hərbçi yaralanıb
APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı məlumat yayıb.
 
Açıqlamada bildirilir ki, Ağrının Diyadin rayonunun Yuxarı Tütək kəndində PKK tərəfindən təşkil olunan və "Bahar şənliyi" adı verilən tədbirlə əlaqədar valinin təlimatı ilə jandarma qüvvələri kəndə göndərilib.

Jandarmalar kəndə doğru irəliləyərkən PKK terrorçuları tərəfindən atəşə tutulublar. Nəticədə 4 əsgər yaralanıb. Türk əsgərləri terrorçulara cavab atəşi açıblar. Bölgəyə əlavə qüvvələr, o cümlədən hərbi helikopterlər və kəşfiyyat təyyarəsi göndərilib, əməliyyat aparılır. 

Milli.Az