APA-nın RBK-ya istinadən yaydığı xəbərə görə, Miloş Zeman qələbənin 70 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak üçün Moskvaya getsə də, hərbi parada qatılmayacaq. Bu barədə prezidentin mətbuat katibi Yirji Ovçaçek açıqlama verib. O deyib ki, parad davam edərkən M.Zeman Slovakiyanın baş naziri Robert Fitso ilə görüş keçirəcək.Çexiya prezidenti Miloş Zeman mayın 9-da Moskvanın Qızıl meydanında keçiriləcək Qələbə paradında iştirak etməyəcək