Dövlət idarəsinin binası insanları təhlükə qarşısında qoyub - VİDEO
10 Aprel 2015 12:49
Şəkinin Xanlar Səfərəliyev küçəsi ev 5 ünvanında yaşayan sakinlər artıq bir ildən çoxdur ki, təhlükə altında yaşayırlar. Məsələ burasındadır ki, evin yaxınlığında yerləşən Kommunal Təsərrüfat İstehsalat Birliyinin binası qəzalı vəziyyətdədir. "Kanal S" (Region TV) xəbər verir ki, idarənin hündür divarlarından külək və yağış nəticəsində tökülən daş və beton parçaları isə Məmmədovlar ailəsinin həyətinə, yaxud evlərinin damına düşür.
Ev sahibi deyir ki, mənzili hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Vəziyyət o həddə çatıb ki, ailə artıq evə girməyə də qorxur. Məsələ ilə bağlı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Kommunal Təsərrüfat İsteheslat Birliyi yaxın vaxtlarda başqa əraziyə köçürüləcək və qəzalı vəziyyətdə olan bina əsaslı təmir olunacaq. İndi ümid qalır Məmmədovlar ailəsinin səbrli olmasına və evinin özülünün həmin müddət ərzində bu ağırlığa tab gətirməsinə.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.