Gəmi batdı. 20-dən çox adam öldü

10 Aprel 2015 10:49
Haiti adasının şimal sahillərində miqrantları daşıyan gəmi batıb. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, hadisə nəticəsində gəmidə olan 21 miqrant həlak olub.

Miqrantlar Britaniyaya məxsus Terks və Kaykos adalarına getməyə çalışırdılar. Okeanda qasırğaya düşüblər və həlak olublar.

Ölənlərdən 17 nəfərinin cəsədini çıxarmaq mümkün olub.

Milli.Az