Unibank Premyer Liqası: Bülent Korkmaz meydandan qovuldu

20 Fevral 2010 18:11
Fanat.az-ın verdiyi xəbərə görə, bu gün tur çərçivəsində iki oyun baş tutub və hər iki qarşılaşma Bakıda keçirilib.

Öncədən qeyd edək ki, birinci oyun günündə baş tutan hər iki oyun demək olar ki, formal xarakter daşıyıb. Belə ki, ilk "altılığ"a vəsiqəni bir neçə tur əvvəl təmin edən "Qarabağ"ın "Olimpik-Şüvəlan"ın, eyni uğuru təkrarlamış "Bakı"nın isə "Muğan"la qarşılaşması turnir cədvəli baxımdan heç bir əhəmiyyət kəsb etmirdi.

"Şəfa" stadionunda baş tutan oyunda azarkeşlər iki qola şahidlik edib.

"Olimpik-Şüvəlan"ın heyətində İlqar Qurbanov hesabı açıb. "Qarabağ" isə buna Admir Telininin qolu ilə cavab verib - 1:1.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Bakı" - "Muğan" oyununda isə hesab açılmayıb. Həm "Bakı", həm də "Muğan" bir neçə dəfə qola yaxın olub. Amma hər iki komandanın qapıçısı - Marko Şarliya (Bakı) və Edis Kurtanovic (Muğan) qola imkan verməyib.

Turun əsas oyunu sabah "Şəfa" stadionunda "İnter" - "Neftçi" arasında keçiriləcək. İlk "altılığa" son vəsiqənin taleyi Qəbələ və Tovuzda həll olunacaq. "Qəbələ" "Standard"ı qonaq edəcək, "Simurq" "Turan"ın qonağı olacaq. "Xəzər Lənkəran" isə "Karvan"ı qəbul edəcək. Bu oyunda Emin Quliyev, Zaur Ramazanov və Fizuli Məmmədov keçmiş komandalarına qarşı oynamalı olacaq.

Milli.Az