Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi
9 Aprel 2015 20:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev E.S.Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin".
Milli.Az