Daha bir hücum: bu dəfə "Beşiktaş" avtobusuna - FOTO

9 Aprel 2015 20:56
Türkiyənin "Beşiktaş" klubunun "Beşiktaş Mogaz" həndbol komandası ölkə çempionatının pleyü-off mərhələsinin 1-ci turunda ilk matçını səfərdə "Mersin Hantaş Sportif"ə qarşı keçirib.

Milli.Az Fanatik-ə istinadən bildirir ki, matç əsnasında "Beşiktaş"ın avtobusuna hücum ediblər.
 

Komandanın Twitter-dəki rəsmi səhifəsində avtobusun fotoları yayılıb.
 

Polis ilkin araşdırma aparıb və komanda şüşələri sındırılmış avtobuslar Mersini tərk edib.
 

Matç başa çatanda "Beşiktaş" azarkeşləri də stadiondan polisin mühafizəsi altında çıxarılıb.
 

Milli.Az

Böyütmək üçün şəkilləər klikləyin