Türkiyə yenidən gərgin siyasi mübarizə meydanına çevrilir. Belə ki, iyunun 7-də ölkənin siyasi və iqtisadi həyatını dəyişə biləcək parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələrindən əksəriyyətin gözləntiləri çoxdur. Düzdür, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbəti dəfə üstünlüyü ələ alacağı gözlənilsə də, sürprizlər də istisna deyil. Lakin bu ehtimal çox aşağı görünür. Bu səbəbdən də indidən hər hansı bir proqnoz vermək çətin olar. Buna baxmayaraq, partiyalar daxilində deputat siyahısına düşmək uğrunda mübarizə şiddətlənir. Bəlli olan odur ki, Türkiyənin hakim partiyası AKP-nin 70-dən artıq hazırkı deputatı 2015-ci il parlament seçkilərində iştirak edə bilməyəcək. Belə bir qərar partiyanın növbəti qurultayında partiyadan olan deputatın 3 dəfədən artıq müddətə seçilməsi hüququnun olmamasına dair daxili nizamnamə tələbinə uyğun olaraq qəbul edilib.Türkiyədə keçiriləcək parlament seçkilərində sürprizlər istisna deyil