Son illər siqaret və qəlyan çəkən qadınların sayı getdikcə artmaqdadır. Əvvəllər cəmiyyətdə normal qarşılanmadığı üçün qadınlar bunu gizli istifadə edirdilər. Amma getdikcə nəinki gizlətmir, hətta bununla fəxr edənlər də var. Bəzən qadınlar bu cür vərdişlərinə "sərbəst yaşayıram", "ürəyim nə istəyirsə, onu da edirəm" - deyə cavab verirlər. Siqaretə aludəçiliyi tənhalığı ilə əlaqələndirənlər də olur. Qəlyan çəkən xanımlar isə bunun daha təhlükəsiz olduğunu əsas gətirərək, istifadə etdiklərini deyirlər. Lakin bunun orqanizmə zərərləri sonradan hiss olunmağa başlayır. Hətta bir saat qəlyan çəkilməsinin 100 ədəd siqaret istifadəsinə bərabər olduğu deyilir.Siqaret və qəlyandan istifadə qadının sağlamlığı ilə bərabər, gözəlliyinə də ciddi zərbə vurur