Ermənistan hakimiyyəti rəqiblərini susdurmaq üçün hər cür vasitəyə əl atmaqda davam edir. Mövcud quldur rejimin istefası tələbilə aprelin 24-dən mütəmadi aksiyalar keçirməyə hazırlaşan "Təsisçilər parlamenti" hərəkatının qərargahında və fəallarının evlərində axtarışlar keçirilib, hərəkatın liderləri həbs olunub. "Təsisçilər parlamenti"nın qərargahı yerləşən binaya başda Xüsusi Təhqiqat Xidmətinin baş müstəntiqi Roman Sardaryan olmaqla 20-yə yaxın XTX və Milli Təhlükəsizlik Xidməti əməkdaşının gəldiyi açıqlanıb.Robert Köçəryan növbəti dəfə Serj Sarkisyan hakimiyyətini kəskin tənqid etdi