Məhkəməyə silahlı hücum: 3 ölü, bir neçə yaralı

9 Aprel 2015 16:41

Hazırda bina boşaldılıb və polislər silahlı şəxsin zərərsizləşdirilməsi ücün əməliyyat keçirirlər

Bir qədər öncə bir nəfər silahlı şəxs Milan şəhər Məhkəməsinin binasına hücum edərək 3 nəfəri qətlə yetirib.

Hadisə yerinə yaxın olan Milanda yaşayan rejissor Nihad İsanın lent.az-a verdiyi xəbərə görə, naməlum şəxs dövlət ittihamçısı, vəkili və daha 1 nəfəri öldürüb. Gələn xəbərə görə, daha bir neçə yaralı var. Hazırda bina boşaldılıb və polislər silahlı şəxsin zərərsizləşdirilməsi ücün əməliyyat keçirirlər.

Basqınçının adı Klaudio Kardiellodur.

Milli.Az