Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, bir müddət öncə "Atlas Medical Center"də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb. Lakin sonradan özəl klinika nazirliyin bu qərarı ilə bağlı məhkəməyə müraciət edib. Prosedur qaydalarına əsasən, "Atlas Medical Center" məhkəmənin qərarı olana kimi fəaliyyətini davam etdirir. Sonra isə özəl tibb müəssisəsinin fəaliyyətinin davam etdirib-etdirməyəcəyi məhkəmənin qərarından asılı olacaq.Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan "Atlas Medical Center" nazirliyi məhkəməyə verib