Bakıda Venesiya Komissiyası ilə birgə konfransın vaxtı dəyişdirildi

9 Aprel 2015 15:47
Azərbaycan Konstitusiya Məhkəməsi və Avropa Şurası Venesiya Komissiyasının Bakıda keçirməyi planlaşdırdığı birgə konfransın vaxtı dəyişdirilib.

Bu barədə Trend-ə Venesiya Komissiyasının mətbuat xidmətindən bildirilib.

"Fərdi şikayətlər əsasında konstitusion hüquqlar və azadlıqların müdafiəsi" mövzusunda konfrans bu il oktyabrın 2-də keçiriləcək. Bundan əvvəl isə tədbir sentyabrın 25-nə planlaşdırılmışdı.

Konfrans Azərbaycan Konstitusiya Məhkəməsinin 20-ci ildönümünə həsr olunacaq.

Milli.Az