APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən 6 nəfər - Sənan Baxışov, Ruslan Cəfərov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 14-ə təyin edilib.Suriyada döyüşlərdə iştirak edən daha 6 Azərbaycan vətəndaşının məhkəməsi başlayıb