Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Sevinc Şirinovaya məxsus yük rentgen aparatından keçirilərkən monitorda zərgərlik məmulatlarına oxşar predmetlərin təsviri görünüb.Dubaydan Bakıya gələn qadının çantasında və üzərində yarım kiloya yaxın zərgərlik məmulatları aşkar edilib