Bakıda məşhur həkimin evini yardılar - YENİLƏNİB - FOTO
9 Aprel 2015 13:57
13:57
Milli.Az anspress-ə istinadən bildirir ki, evindən pul və qızıl oğurlanmış Mircəlal Kazımi məşhur həkimdir. Onun Xətai rayonundakı evindən oğurluq etmiş şəxslərdən biri tutulub, digəri isə müəyyən edilib.
-------
13:14
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvarın 31-də Bakının Xətai rayonu ərazisində yaşayan Mircəlal Kazıminin mənzilindən 3000 manat və 7500 ABŞ dolları oğurlayan Astara rayon sakini Elvin Əliyev tutulub, Anar Əliyev isə müəyyən edilib. Araşdırmalar zamanı evdən oğurlanan qızıl əşyaların Lənkəran şəhər sakini Füzuli Zeynalova satıldığı məlum olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə F.Zeynalov da tutulub.
Milli.Az
----------
13:57
Böyütmək üçün şəklə klikləyin.
