"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Zığ yolu küçəsində baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin konvoy manqasının polis serjantı, 1987-ci il təvəllüdlü Fərhad Məmmədov qarşıda olan maşını arxadan vurub.
Bakı sakini, 1973-cü il təvəllüdlü Arzu Tanarquluyevin idarə etdiyi "Nissan" markalı avtomobilin vurulması nəticəsində A.Tanarquluyevin sərnişini, oğlu 2007-ci il təvəllüdlü Erkin kəllə-beyin travması ilə 7 saylı Təcci Tibbi Yardım Stansiyasına yerləşdirilib.