Bakı "avtoş"larına ağır cəza verildi

9 Aprel 2015 12:42
Bakıda avtoşluq edən iki nəfər tutulub. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, cari ilin mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində toplanmış material Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən, N.Cəfərov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Cari il mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi "TOFAŞ" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən, R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.

Milli.Az