Paytaxtda daha bir dəhşət: ər arvadını doğradı, damarlarını kəsdi - YENİLƏNİB
9 Aprel 2015 12:26
12:26
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Naxçıvani küçəsi 30/68 ünvanında yerləşən qarajda qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Təhmasib Saleh oğlu Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Hümbət qızı Mirzəyevanı bıçaqladıqdan sonra özünə qolundan xəsarət yetirib. O, damarlarını kəsib. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
----------
12:21
Bakıda daha bir dəhşətli qətl hadisəsi baş verib. Ər arvadını vəhşicəsinə qətlə yetirib.
Qətl hadisəsi bu gün saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, "Elit" ticarət mərkəzinin arxasında yerləşən "Olimp" mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.
Milli.Az xəbər verir ki, virtualaz.org saytına bu barədə həmin binanın sakinləri məlumat verib.
Xəbərə görə, 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.
Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Amma bu, yalnız ehtimaldır. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.
Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən də faktı təsdiqlədilər. Bölmədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, əməliyyat qrupu hazırda hadisə yerindədir.
Xatırladaq ki, dünən axşam Bakıda daha bir oxşar hadisə baş vermiş, ər arvadını marşrut avtobusunda sərnişinlərin gözü önündəcə vəhşicəsinə qətlə yetirmişdi.
Milli.Az