Bakıda narkoəməliyyat
9 Aprel 2015 12:02
Bakıda külli miqdarda narkotik satışının qarşısı alınıb. Nərimanov rayonunda Zaur Rzayev 1 kiloqram marixuana ilə tutulub. O, narkotik maddəni satarkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşları tərəfindən həbs edilib. Bölmədən Milli.Az-a bildirildi ki, onun barəsində cinayət işi başlanıb. Narkotik vasitəni haradan və necə əldə etməsi araşdırılır.
Gülər
Milli.Az