Çaydan iki qadının başsız meyidi çıxdı

9 Aprel 2015 11:34

Moskva vilayətində iki qadının başsız meyidi aşkarlanıb

APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Meyitlər Klyazma çayında tapılıb.

Polisdən bildiriblər ki, meyitlər başsız və əl-ayaqsız olub. Meyitlərin üzərində çoxsaylı bıçaq yaraları aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az