Bakıda xanım sürücü həm qan qaraltdı, həm də çörəksiz qoydu - VİDEO

9 Aprel 2015 11:27
Bakıda xanım sürücü zəncirvari qəza törədib. Onun səhvi özü ilə birlikdə üç nəfərə ciddi ziyan vurmaqla yanaşı, bir mağazanı çörəksiz qoyub.

Milli.Az-ın məlumatına görə, bu gün metronun "Neftçilər" stansiyasının yaxınlığında zəncirvari qəza olub. Xanım sürücünün idarə etdiyi minik maşını başqa iki maşınla toqquşub. Xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən biri mağazalara çörək daşıyırmış.

Gülər
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


фото
Video: Teymur Mərdanoğlu