PSJ-nin hücumçusu Edinson Kavaniyə təkliflər gəlməkdə davam edir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Atletiko" və "Milan"ın ardından "Mançester Yunayted" klubu da uruqvaylı futbolçu ilə yaxından maraqlanır.
"Qırmızı şeytanlar" 28 yaşlı hücumçu üçün 82 milyon avrosundan keçməyə hazırdır. PSJ hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. Paris təmsilçisi Kavanini daha yüksək məbləğə satmağı planlaşdırır.
Qeyd edək ki, Kavani cari mövsüm keçirdiyi 42 oyunda 18 dəfə rəqib qapılarına yol tapıb.
Milli.Az