İtaliya Kuboku: "Yuventus"un rəqibi müəyyənləşdi

9 Aprel 2015 10:55

İtaliya Kubokunda yarımfinal mərhələsinin növbəti cavab oyunu keçirilib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, finala çıxmaq uğrunda görüşdə "Napoli" və "Latsio" komandaları üz-üzə gəliblər.

Romada keçirilən ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab matçında rəqibinə 1:0 hesabı ilə qalib gələn "Latsio" finala yüksəlib.
 

Qeyd edək ki, "Latsio" həlledici görüşdə "Yuventus"la qarşılaşacaq. Turin təmsilçisi ötən gün səfərdə "Fiorentina"ya 3:0 hesabı ilə qalib gələrək finalda oynamaq hüququ qazanıb.

8 aprel


İtaliya Kuboku, yarımfinal mərhələsinin cavab oyunu

"Napoli" - "Latsio" - 0:1
Qol:
Luliç, 79 (0:1)

Milli.Az